AA 20260719 42014976 42014975 ISPANYA ARJANTIN scaled

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Argentina milli komandasının 2026-cı il Dünya Kubokunun finalından sonrakı davranışları ilə bağlı araşdırmaya başlayacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, istintaq final qarşılaşmasından sonra meydanda baş verən kütləvi dava və İspaniyaya məğlubiyyətdən sonra Argentina yığmasının bəzi üzvlərinin hərəkətləri ilə əlaqədardır.

Araşdırma çərçivəsində müdafiəçi Nahuel Molina, yarımmüdafiəçi Leandro Paredes və məşqçilər korpusunun üzvü Roberto Ayalanın davranışları xüsusi diqqət mərkəzində olacaq.

FIFA qərar verməzdən əvvəl hakimlərin hesabatlarını və oyunla bağlı video görüntüləri təhlil edəcək. Qaydaların pozulduğu təsdiqlənərsə, həm ayrı-ayrı şəxslərə, həm də Argentina Futbol Federasiyasına qarşı intizam tədbirləri və sanksiyalar tətbiq oluna bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: