WhatsApp Image 2026 07 20 at 13.06.21 1

“Türkiyə 40 günlük müharibə zamanı İranı bölmək planının qarşısını aldı”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Türkiyənin Şimali İraqdan kürd silahlı qruplarının İrana daxil olmasının qarşısını almaqda fəal rol oynadığını və İranın bölünməsi üçün ssenarilərin formalaşmasına mane olduğunu bildirib.

“Müharibənin dördüncü günündə Donald Tramp Şimali İraqda İrana qarşı çıxan kürd silahlı qruplaşmaların liderləri ilə əlaqə saxlayaraq, onların İrana qurudan girməsini dəstəklədi”, – nazir əlavə edib.

Əraqçi bildirib ki, bundan xəbər tutduqdan sonra İraq Kürdüstan Regionunun rəsmiləri, İraq Baş naziri və Türkiyənin xarici işlər naziri ilə əlaqə saxlayıb və Tehranın narahatlıqlarını çatdırıb.

İran xarici işlər nazirinin sözlərinə görə, Türkiyə hökuməti bu hərəkətin qarşısını almaqda təsirli rol oynayıb və ABŞ ilə məsləhətləşmələrlə yanaşı, bu plana qarşı sərt mövqe nümayiş etdirib.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Tamir Hayman sözügedən məsələ haqda danışıb. O iddia edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Donald Trampa silahlı kürd qrupları İrana girərsə, Türkiyənin onlarla mübarizə aparmaq üçün tədbir görəcəyi barədə xəbərdarlıq edib və bu məsləhətləşmələr nəticəsində ABŞ bu planı həyata keçirməkdən imtina edib.

Paylaş: