iran raket

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Əl Cəzirə” telekanalı yayıb.

Məlumata görə, İran tərəfi Bəhreyndəki “Əl-Sahir” hava limanında yerləşən ABŞ-a məxsus PUA-ların texniki xidmət və təmir anqarlarının, həmçinin Bəhreynin “Salman” limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin 59-cu operativ qrupunun gəmilərinin hazırlıq mərkəzlərinin hədəfə alındığını bildirib.

Eyni zamanda, Küveytdəki “Kemp-Arifcan” bazasında yerləşən dəniz xüsusi təyinatlı qüvvələrinə aid obyektlərin vurulduğu qeyd olunub. İran tərəfi bəyan edib ki, həyata keçirilən zərbələr nəticəsində həmin hərbi obyektlər tamamilə məhv edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: