
İranın xarici işlər naziri Abbas Əraqçi İsveçrədə keçirilən danışıqların nəticələri barədə məlumat verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, Qətər və Pakistanın vasitəçilik səyləri Livandakı münaqişənin dayandırılması istiqamətində mühüm irəliləyişin əldə olunmasına imkan yaradıb:
Ukraynaya daha bir zərbə – “Zelenski o mesajı alarsa, Putinlə razılaşacaq”
“Əldə olunan razılaşmalar çərçivəsində İranın neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Bundan əlavə, ölkəyə qarşı tətbiq olunan blokada tədbirləri yumşaldılıb, eləcə də dondurulmuş aktivlərin müəyyən hissəsi istifadəyə açılıb”.
İran XİN rəhbəri həmçinin ölkənin iqtisadi inkişafını sürətləndirmək məqsədilə genişmiqyaslı yenidənqurma və inkişaf proqramının işə salındığını vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az