tramp 2 900x506 3

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edib. O, “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada amerikalı hərbçilərə qarşı istənilən hücumun ağır nəticələr doğuracağını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Tramp qeyd edib ki, hər öldürülən amerikalı əsgərin əvəzini İran qat-qat artığı ilə ödəyəcək.

ABŞ lideri əlavə edib ki, bu göstəriş artıq müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Deniel Keynə və Silahlı Qüvvələrin bütün rəhbər heyətinə çatdırılıb.

Trampın sözlərinə görə, ABŞ ordusu ölkənin hərbçilərinə qarşı istənilən təhdidə qətiyyətli cavab verməyə hazırdır. Bu açıqlama Vaşinqton və Tehran arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: