tvSQYLRqHWbR Jrn4l4Ux5OyX 1440x935 1

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apararaq Londunun Kiyevə dəstəyinin davam edəcəyini və Rusiyaya qarşı təzyiqləri artırmaq siyasətindən geri çəkilməyəcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, Böyük Britaniya Hökumət Ofisinin yaydığı məlumata görə, Baş nazir söhbət zamanı ölkəsinin Ukrayna xalqına dəstəyinin sarsılmaz olduğunu bir daha vurğulayıb. O, həmçinin Rusiyaya qarşı siyasi və diplomatik təzyiqlərin davam etdiriləcəyini bildirib.

Bəyanatda qeyd olunub ki, Böyük Britaniya Ukraynanın yanında olmağa sadiqdir və bu mövqeyini dəyişməyəcək. Endi Börnhem Rusiyanın təcavüzkar siyasətinə qarşı beynəlxalq təzyiqlərin vacibliyini də xüsusi vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: