
Ermənistanda Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun daha 4 namizədi deputat mandatından imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Gümrü merinin kürəkəni Avetis Arakelyan, hüquqşünas Qohar Meloyan, ərazi idarəetmə və infrastruktur nazirinin keçmiş müavini Liliya Şuşanyan və ictimai-siyasi xadim Artur Danielyan deputat mandatlarını təhvil veriblər.
Xatırladaq ki, daha əvvəl blokun 202 namizədindən 106-sının geri çəkildiyi məlum olub.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, “Vətəndaş müqaviləsi” 64, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb.
Deputat mandatlarının təqdim edilməsi mərasimi iyulun 21-də Mərkəzi Seçki Komissiyasında baş tutacaq.
Əliyar Xəlil