İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin İran tərəfindən buraxılan və İordaniya hava məkanına daxil olan üç ballistik raketi məhv etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, raketlər vaxtında aşkar edilərək havada zərərsizləşdirilib. Hadisə nəticəsində hər hansı maddi ziyan və ya insan itkisi qeydə alınmayıb.
Raketlərin qalıqları isə təhlükəsizlik qüvvələri tərəfindən bir neçə ərazidə toplanaraq zərərsizləşdirilib.
Bundan əvvəl isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın Əqəbə şəhərindəki hava limanında yerləşən ABŞ hərbi təyyarələrinə hücum etdiyini bildirmişdi. İranın Tasnim agentliyi də SEPAH-ın bu əməliyyatla bağlı açıqlama yaydığını qeyd edib.
Tahir Turan
Globalinfo.az