Deyirlər ki, Azərbaycanla genişmiqyaslı müharibə olacaq – İsgəndəryan

“İndiki mərhələdə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını ehtimal etmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Aleksandr İsgəndəryan deyib.

“Azərbaycanın vəzifəsi Ermənistanın mümkün qədər zəif olması üçün hər şeyi etməkdir. Bu, rəsmi Bakının 44 günlük müharibədən sonra qəbul edilən ümumi vəzifəsidir. Təbii ki, tərəflər arasında müharibə ehtimalı həmişə olub və indi də var. Amma çoxlarından fərqli olaraq indiki mərhələdə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi əməliyyatların başlanacağını ehtimal etmirəm. Buna baxmayaraq sərhəddə hər cür insidentlərin və atışmanın olması mümkündür”, – İsgəndəryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az