Cəbrayılda ilk dəfə Zəfər Günü qeyd olundu – FOTOLAR

Cəbrayıl şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.