Bali sahillərində bərə batıb.
Globalinfo.az xəbər verir ki, bərədə 53 sərnişin və 12 ekipaj üzvü olub.
Məlumata görə, mühərrik bölməsində sızma baş verib, nəticədə elektrik təchizatı tam dayanıb və gəmi batıb.
Bərənin batması nəticəsində 4 nəfər ölüb, 23 nəfər xilas edilib, qalan 38 nəfər isə itkin düşüb.