Aytən Səfərovanın qəzaya düşdüyü yol kəsişməsi əlverişsiz olub?

Tanınmış aparıcı Aytən Səfərovanın Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qəzaya düşdüyü yol kəsişməsinin əlverişsiz olduğu deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qəzanın yoldan qaynaqlanmadığını bildirib:

“Həmin yolda bir balaca iş gedib, amma işıqfor var, stop xətti yerindədir. Burada sadəcə, başqa bir sürücünün etdiyi səhv digər sürücünü çaşdırır, o da yolayrıcına daxil olur və Aytən xanım gəlib onu vurur. Nəticədə avtomobil çevirilir və təəssüf ki, sərnişin təhlükəsizlik kəməri taxmadığına görə pəncərədən düşür. Bundan sonra maşın onun üzərinə aşır deyə vəfat edir”.

E.Muradlı deyib ki, dünyasını dəyişən şəxs təhlükəsizlik kəmərindən istifadə etsəydi, sağ qalardı.

Qeyd edək ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə jurnalist Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub. Nəticədə 2006-cı il təvəllüdlü Ayxan Əliyev dünyasını dəyişib.

Zaira Akifqızı
Globalinfo.az