
“Belarus öz proqram təminatı ilə mobil telefon istehsal etmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, Belarusun öz noutbukunu istehsal etdiyini bildirib:
“Mikroelektronika, informasiya texnologiyaları, əczaçılıq, biotexnologiya sahələrində nailiyyətlər var. Ölkə də, insanlar da inkişaf edir. Biz yerli istehsal olan, indi çox danışılan mobil telefon yaradacağıq. Bu, artıq milli təhlükəsizlik məsələsidir”.
Əliyar Xəlil
Globalinfo.az