AŞPA Azərbaycanla barışmaq üçün təmasa keçib? – AÇIQLAMA

“Azərbaycan AŞPA-da fəaliyyətini dayandırıb. Biz quruma öz etirazımızı və sözümüzü demişik”.

Bu sözləri Globalinfo.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasının ardınca quruma digər ölkələr də etirazını bildirir:

“Sonuncu belə etirazı Moldova etdi. Etirazlar davam edir. Hətta bir çox təşkilatlar da bu etirazlara qoşulub və AŞPA-nın verdiyi “qərarı” ədalətsiz adlandırıb.

Hesab edirəm, top artıq Avropa Şurasındadır. Cənab prezidentin də dediyi kimi, onlar öz səhv qərarlarından geri addım atmasalar, bizim münasibətimiz dəyişməyəcək”.

Turan Rzayev
Globalinfo.az