Ötən həftə ABŞ Silahlı Qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlamasından bəri qeydə alınan ən yüksək həftəlik neft daşınması həcmi olub.
“Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb”, – deyə mənbə bildirib.
ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, Vaşinqton quru yolları vasitəsilə müasir komponentlərin İrana çatdırılmasının qarşısını almaq üçün də tədbirlər görür.
O, Tehranın ABŞ tərəfindən tətbiq olunan blokadanı yaracağına şübhə ilə yanaşdığını qeyd edib. Mənbə əlavə edib ki, ABŞ İranın hərbi potensialını bərpa etməsinə mane olmağa çalışır.
Əliyar Xəlil,