001

SSRİ-nin sonuncu geologiya naziri, separatçı erməni Qriqori Qabrielyants 93 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, erməni mediasının məlumatına görə, o, noyabrın 22-də Moskvada ölüb.

1934-cü ildə Bakıda anadan olan Qabrielyants Azərbaycan Sənaye İnstitutunu bitirib. O, 1989-cu ildə SSRİ-nin geologiya naziri təyin olunub və Sovet İttifaqı dağılana qədər bu vəzifədə çalışıb.

2011-ci ildən Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərinə qədər Qarabağda yaşayıb və qondarma qurumun rəhbərinin “müşaviri” vəzifəsini tutub.

Paylaş: