1038119 res 0 5b0c2218a455cbd6

Ukrayna Rusiya ilə münasibətləri gələcəkdə normallaşdıra və hətta dostluq edə bilər. Lakin bunun üçün Moskva müəyyən addımlar atmalı və törədilənlərə görə məsuliyyət daşımalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, baş verənləri sadəcə bağışlamaq və hər şeyi unutmaq mümkün deyil. Çünki söhbət adi bir səhvdən deyil, ciddi hadisələrdən gedir.

Ukrayna lideri qeyd edib ki, Rusiya ilə münasibətlərin bu səviyyədə bərpası onların mənsub olduğu nəsil ərzində mümkün deyil.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: