e8ca6948 6ea4 42c6 8ab8 63185e19ef6d 900x599 1

Türkiyə ABŞ-dan aldığı “F-16 Block 70” qırıcılarının tədarükünü hələ də gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Bildirilib ki, Ankara bu məsələ ilə bağlı Vaşinqtondan konkret addımlar gözləyir:

“Türkiyə müqavilə çərçivəsində nəzərdə tutulan ödənişi artıq ABŞ-a həyata keçirib.

Buna baxmayaraq, “F-16 Block 70″-lərin Türkiyəyə çatdırılmasına hələ başlanılmayıb. Tərəflər arasında danışıqlar davam edir və Ankara prosesin müsbət nəticələnəcəyinə ümid edir”.

Qeyd edək ki, daha əvvəl Tayvan üçün hazırlanan F-16 Block 70 qırıcılarının xüsusiyyəti açıqlanmışdı. Həmin təyyarələrin beş xarici yanacaq çəni ilə təchiz olunduğu bildirilmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: