Cənubi Afrikada barda baş verən atışma nəticəsində ən azı 17 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Citizen” məlumat yayıb.
Bildirilib ki, atışma sentyabrın 26-sı axşam saatlarında Vedela qəsəbəsində baş verib.
Ölənlərdən 13-ü kişi, 4-ü isə qadındır.
“Məlumata görə, şübhəlilər AK-47 avtomatları və tapançalarla silahlanıblar. Hadisə nəticəsində daha 15 nəfər ağır yaralanıb”, – deyə materialda bildirilir.
Qeyd olunur ki, Cənubi Afrika polisi azı 8 şübhəlini axtarır. Atışmanın motivi hələlik məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az