peskov 1 1 900x563 2

“Ukraynaya Rusiyanın ərazisinə zərbələr endirmək üçün “Starlink” peyk sistemlərinin məlumatlarının təqdim edilməsi potensial təhlükəli və düşünülməmiş addım ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rusiya” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb “SpaceX” şirkətinin rəhbəri İlon Maska müraciət edərək “Starlink”in əhatə dairəsinin genişləndirilməsini istəyib.

Məqsəd Ukraynanın peyk rabitəsindən Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün istifadə edə bilməsidir.

“Newsmax” jurnalisti Naya Sadjayanın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı “Starlink”dən Rusiya ərazisi üzərində istifadə məsələsini müzakirə etməyə çalışıb.

Lakin Ağ Ev rəhbəri bu məsələni şəxsən İlon Maskla müzakirə etməyi tövsiyə edib.

“Financial Times” (FT) qəzeti də avqust ayında yazıb ki, İlon Mask Ukraynaya Rusiyaya zərbələr endirmək üçün “Starlink”dən istifadəyə icazə verməyə hazır olub, lakin bunun üçün bir şərt irəli sürüb.

Bununla belə, avqust ayında “The Atlantic” jurnalı Maskın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Starlink”dən istifadəyə icazə vermədiyini yazıb.

Bundan əvvəl isə məlum olub ki, Rusiyanın yeni radioelektron mübarizə sistemləri ABŞ istehsalı olan “Starlink” peyklərinin siqnallarını boğur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: