1643263485 tokayev 100122

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi təlim zamanı həlak olan 14 hərbçini ölümündən sonra dövlət mükafatları ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin “Aqorda” administrasiyası məlumat yayıb.

Məlumata görə, hərbçilər hərbi vəzifələrini yerinə yetirərkən göstərdikləri şücaət və fədakarlığa görə “Aybın” ordeninin II və III dərəcələri ilə təltif olunublar.

Tağım komandiri Oljas Muxtarulu “Aybın” ordeninin II dərəcəsi, digər 13 hərbçi isə “Aybın” ordeninin III dərəcəsi ilə təltif edilib.

Qeyd edək ki, faciə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizində keçirilən təlim zamanı baş verib. Hərbi tapşırığın icrası zamanı 17 hərbçini güclü dalğalar açıq dənizə aparıb. Onlardan 3 nəfər xilas edilib, 14 hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Sentyabrın 25-də itkin düşən son iki hərbçinin də meyiti aşkarlanıb və axtarış əməliyyatı başa çatdırılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb və faciənin səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb.

Paylaş: