İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi İraqa xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, Bağdad ABŞ-ın təzyiqi ilə İranın hava tranziti hüququnu məhdudlaşdırarsa, Tehran iki ölkə arasındakı münasibətlərin müxtəlif istiqamətlərinə yenidən baxa bilər:
“İraqın İran aviaşirkətlərinin uçuşlarına məhdudiyyət tətbiq etməsi ikitərəfli əməkdaşlığın digər sahələrinə də təsir göstərəcək. İraq elektrik enerjisi və təbii qaz təchizatı baxımından İrandan ciddi şəkildə asılıdır. Bu amil Tehran-Bağdad münasibətlərində nəzərə alınmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az