uzr

Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış alim, türk millətçi baxışları və araşdırmaları ilə seçilən prof.dr. Səlahəddin (Selahattin) Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.

Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Dünəndən (srağagündən – red.) bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq.

İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən (Azərbaycan nümayəndə heyəti nəzərdə tutulur – red.) yalnız onu (bir nəfəri, Məqsəd Hüseynovu – red.) zalda saxlayıb, müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar. Salonu tərk edən ölkələr də elə etmişlər.

Üzr istəyirəm…” – professor qeyd edib.

Paylaş: