Çin ABŞ-a iki panda göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
“Pinpin” və “Fuşuan” adlı pandalar sentyabrın 27-də Çendunun Şuanlyu Beynəlxalq Hava Limanından ABŞ-a yola düşüblər.
Onlar növbəti 10 il ərzində Atlantadakı zooparkda yaşayacaqlar.
Pandaların ABŞ-a göndərilməsi iki ölkə arasında pandaların qorunması və mühafizəsi sahəsində əməkdaşlığın yeni mərhələsinin bir hissəsidir.
Əldə olunan razılaşma heyvanların artırılması, xəstəliklərin qarşısının alınması, elmi tədqiqatların aparılması və pandaların təbii yaşayış mühitinin qorunması istiqamətlərində 10 illik əməkdaşlığı nəzərdə tutur.
Safura Bənnayeva
Globalinfo.az