sdi

Almaniyada aparıcı pivə festivalı “Oktoberfest”ə gedən turistləri daşıyan avtobus aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qəza sentyabrın 27-də səhər saatlarında A96 avtomagistralının Münhen istiqamətində baş verib.

Avtobusda Filippindən olan turist qrupunun təxminən 50 üzvü olub.

Məlumata görə, qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polisin ilkin məlumatına əsasən, 26 nəfər xəsarət alıb. Onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir. Avtobusun sürücüsü isə demək olar ki, xəsarət almayıb.

Polis avtobusun yoldan çıxaraq yol kənarındakı torpaq səddə çırpıldığını açıqlayıb. Qəza zamanı digər nəqliyyat vasitələri ilə toqquşma baş verməyib.

Hadisə yerində təxminən 250 xilasedici və digər fövqəladə xidmət əməkdaşı çalışır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: