“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr – Anım Günü ilə bağlı paylaşımında bildirib.
“Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək və onu yenidən azadlığına qovuşdurmaq uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə dərin ehtiramımı bildirirəm. Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq”, – deyə o qeyd edib.