“Yer kürəsinin orbiti və onun fırlanma oxunun kosmosdakı istiqaməti yavaş-yavaş dəyişir”.
Globalinfo.az xəbər verir ki, bunu “Hidrometeorologiya və Monitorinq Mərkəzi” SNOC-un direktoru Levon Əzizyan deyib.
O qeyd edib ki, bu dəyişikliklər “Milankoviç siklləri” adlanır.
“Üç əsas sikl fərqləndirilir:
Ekssentrisitet – orbitin formasının dəyişməsi. Yerin orbiti demək olar ki, dairəvi formadan daha uzunsov, elliptik formaya keçir. Bu dəyişiklik təxminən 100 min illik dövrə malikdir.
Fırlanma oxunun meylinin dəyişməsi. Yerin oxunun meyli təxminən 41 min il ərzində 22,1°–24,5° arasında dəyişir.
Presessiya – fırlanma oxunun istiqamətinin dəyişməsi. Yerin fırlanma oxu, sanki fırfıra kimi, yavaş-yavaş dairəvi hərəkət edir. Bu prosesin dövrü təxminən 26 min ildir.
Bu sikllər birlikdə Yerə daxil olan Günəş radiasiyasının enliklər və ilin fəsilləri üzrə paylanmasını, xüsusilə də yüksək enliklərdə dəyişir”, – deyə o bildirib.
Levon Əzizyanın sözlərinə görə, geoloji zaman miqyasında bu orbital dəyişikliklər Yerin iqlimində uzunmüddətli dəyişikliklərin mühüm amillərindən biridir:
“Lakin hazırda insan fəaliyyəti ilə əlaqəli qlobal istiləşmə Milankoviç sikllərinin yaratdığı iqlim dəyişikliklərindən daha sürətlə baş verir”.
Əliyar Xəlil
Globalinfo.az