Globalinfo.az-ın xəbərinə görə, Fidan bu barədə Nyu-Yorkda keçirilən “Türkiyə–ABŞ münasibətləri: yüzilliyin astanasında” adlı panel müzakirəsində danışıb.
Fidan ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefrini misal çəkərək ona hərbi xidmətə nə vaxt başladığını soruşub. Cefri bunun təxminən 50 il əvvəl olduğunu deyib.
Bundan sonra Fidan həmin müddət ərzində NATO-nun 5-ci maddəsinin neçə dəfə tətbiq edildiyini soruşub. Zaldan “yalnız bir dəfə” cavabı verilib.
Heç kim NATO-nu tənqid etmir. Amma söhbət yeni yaradılan müdafiə ittifaqından gedəndə, bizə Yəməndəki 10 illik böhranı göstəririr və bunun işləmədiyini deyirik”, – Türkiyə XİN rəhbəri vurğulayıb.
Fidanın sözlərinə görə, yeni müdafiə razılaşmasının effektiv olmadığı barədə nəticəyə Yəməndə baş verən hadisələr əsasında gəlmək hələ tezdir.
“Biz hələ yolun əvvəlindəyik”, – deyə nazir bildirib.
Əliyar Xəlil