Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin vəzifələrindən geri çağırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, iddialara görə, hər iki ölkədə səfirlərin fəaliyyətindən narazılıq var və onların yerinə yeni namizədlərin müəyyənləşdirilməsi üzərində iş aparılır.
Yeni təyinatların ilin sonuna qədər həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, son illərdə Ermənistan–Rusiya münasibətlərində ciddi fikir ayrılıqları yaranıb. İrəvanın Qərblə əlaqələri genişləndirməsi və Rusiya ilə münasibətlərdə əvvəlki siyasətindən fərqli addımlar atması Moskva ilə əlaqələrə də təsir edib.
Bu fonda səfirlərin mümkün dəyişdirilməsi iki ölkə arasında diplomatik münasibətlərdə hansısa yeni mərhələyə hazırlıq kimi qiymətləndirilir. Bununla belə, hazırda sözügedən təyinatlarla bağlı rəsmi açıqlama yoxdur.
Əliyar Xəlil
Globalinfo.az