nazir 2

Qazaxıstan müdafiə naziri Dauren Kosanov Xəzər dənizində yaşanan hadisədən sonra vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

Qeyd edək ki, hadisə sentyabrın 24-də baş verib. Açıq dənizdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı dalğa 17 nəfəri aparıb.

Bu zaman yalnız 3 nəfəri xilas etmək mümkün olub. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin həlak olmasını hava şəraitinin qəfil pisləşməsi ilə izah edib.

İnsidentlə bağlı sentyabrın 25-də Qazaxıstanda matəm elan edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: