patriot

Polşa Ukrayna üçün Patriot raketlərinin istehsal olunacağı zavodun ölkə ərazisində yaradılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyi rəhbərinin müavini Maqdalena Sobkovyak-Çernetskaya açıqlayıb.

Onun sözlərinə görə, Varşava zavodun Ukraynada deyil, daha təhlükəsiz hesab edilən Polşa ərazisində inşa edilməsini təklif edir.

Polşa hökuməti bununla yanaşı, ölkədə Patriot sistemləri üçün servis mərkəzinin yaradılmasına da çalışır.

Növbəti mərhələdə isə həmin raketlərin Polşada istehsalına başlanması planlaşdırılır.

Varşava hesab edir ki, ABŞ-ın Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verməsi Polşanın bu istiqamətdəki planlarına mane olmamalıdır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: