Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydos Mırzaxmetovu ölkənin müdafiə naziri vəzifəsinə təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının fərmanı ilə Mırzaxmetov Aydos Sakenoviç Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib və əvvəl tutduğu vəzifədən azad olunub”, – deyə məlumatda bildirilir.
Sentyabrın 27-də Tokayev müdafiə naziri Dauren Kosanovu Xəzərdə hərbi təlimlər zamanı baş verən faciədən sonra vəzifəsindən azad edib.
Sentyabrın 24-də hərbçilər Xəzər sahilində təlim-döyüş tapşırığını yerinə yetiriblər. Rəsmi məlumata görə, dənizdə 17 hərbçini dalğa aparıb, onlardan 12-si həlak olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. O, hökumət komissiyasına faciənin bütün hallarının araşdırılmasını və həlak olanların ailələrinə lazımi yardım göstərilməsini tapşırıb. Tokayev hərbçilərin ölümü ilə əlaqədar sentyabrın 25-də ölkə üzrə matəm elan edib.
Əliyar Xəlil
Globalinfo.az