Avqust ayında tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq görünəcəyi günlər və qismən Ay tutulması baş verəcək.
Globalinfo.az xəbər verir ki, avqustun 12-də baş tutacaq tam Günəş tutulması Şimali Rusiya, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən tam şəkildə müşahidə ediləcək.
ABŞ-nin Alyaskadan Şimali Karolinaya qədər uzanan bəzi ərazilərində isə tutulma qismən görünəcək.
Mütəxəssislər Günəş tutulmasını izləyərkən yalnız sertifikatlaşdırılmış qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Həmin gecə Perseid meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Avqustun 14-16-da isə Venera ən böyük şərq uzanımına çatacaq.
Ayın sonunda, avqustun 27-dən 28-nə keçən gecə qismən Ay tutulması baş verəcək.