Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, forumun ilk sessiyasında baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
Gün ərzində isə “Parçalanmış dünyada etibarlılığın bərpası: Azərbaycan regionlar arasında strateji qapı kimi”, “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi”, “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması”, “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya”, “Azərbaycan Cənubi Qafqaz-Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi”, “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması”, “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar”, “Aqrobiznes innovasiyası və texnoloji inkişaf”, “Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik” və bir sıra digər mövzularda yan tədbirlər keçirilib.
Forum sabah işini yekunlaşdıracaq.