riad

“Bakının Baş Planında paytaxt yalnız böyüyən meqapolis kimi deyil, həm də daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal şəhər modeli kimi nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov WUF13 çərçivəsində keçirilən “İnkişafın yeni əsri” adlı tədbirdə deyib.

O bildirib ki, Baş Planın əsas prioritetləri dəqiq müəyyənləşdirilib:

“İlk hədəf şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsidir. Uğurlu şəhər anlayışı yalnız hündür binalar və iri infrastruktur layihələri ilə ölçülmür. Əsas göstərici insanların gündəlik həyatının nə qədər rahat, təhlükəsiz, sağlam və əlçatan olmasıdır.

Bu səbəbdən Baş Planda ictimai məkanların inkişafı, parkların salınması, piyadayönümlü mühitin yaradılması, sosial infrastrukturun genişləndirilməsi və şəhər xidmətlərinin əlçatanlığı xüsusi yer tutur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: