WhatsApp Image 2026 10 05 at 23.14.26 1

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.

Məlumatın alınmasından dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə göndərilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində 10 mərtəbəli binadakı yanğın qısa zamanda nəzarətə alınaraq söndürülüb.

Hadisə zamanı binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 143 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 20 kvadratmetr sahədə yanar konstruksiyalar və şaxtada 15 poqonmetr elektrik kabeli yanıb.

Mənzilin qalan hissəsi, eləcə də binadakı digər mənzillər yanğından qorunub.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq təhlükəsiz əraziyə çıxarılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Paylaş: