pezeskian 1

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə dialoqun bərpası perspektivlərinə dair mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Prezident bildirib ki, Vaşinqton danışıqlar prosesinin başlanmasından sonra Tehranla bağlı üç dəfə hərbi müdaxiləyə əl atıb və ya müharibə tətbiq edib.

Pezeşkianın sözlərinə görə, sanksiyalar, təhdidlər, sui-qəsdlər və əldə olunan razılaşmaların sistematik şəkildə pozulması fonunda belə bir tərəflə diplomatik danışıqlar aparmağın mənası yoxdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: