1020782 res 0 4ca7527b831b37fa


İrana qarşı yeni hücum və ya yanlış hesablanan addım münaqişədə əlavə cəbhələrin açılmasına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, İranla bağlı rəqiblərinin hər bir yanlış hesablaması onlar üçün ağır nəticələrə səbəb olub.

Rezai qeyd edib ki, növbəti səhv yeni cəbhələrin açılmasına və daha böyük “sürprizlərə” gətirib çıxaracaq.

“İran, İslam İnqilabının Ali  rəhbərliyi, xalqın dəstəyi və dövlət strukturlarının koordinasiyası sayəsində mövcud mürəkkəb vəziyyətdən çıxacaq”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: