WhatsApp Image 2024 11 05 at 12.03.20 1

Xəbər verdiyimiz kimi, Ramil Usubovun kürəkəni, polis mayoru Kamran Xankişiyev bu gün – oktyabrın 5-də vəfat edib.

Globalinfo.az Bakıvaxtı.az-a istinadən bildirir ki, o, qəfil dünyasını dəyişib. İlkin məlumatlarda ölümün ürək tutması nəticəsində baş verdiyi bildirilir. Kamran Xankişiyevin iki övladının olduğu qeyd edilir.

Xankişiyev uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə Kamran Bəylər oğlu Xankişiyev “İgidliyə görə” medalı ilə təltif edilib.

2010-cu ildə DİN-in mətbuat xidmətinə istinadən yayılan məlumatda onun Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı və polis mayoru olduğu bildirilib.

Kamran Xankişiyevin adı həmin illərdə baş vermiş bir hadisə ilə də mediada hallanıb.

DİN-in açıqlamasına əsasən, o, tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Nazirlik bəzi media orqanlarında hadisənin ilkin olaraq fərqli şəkildə təqdim edildiyini bildirib. Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi açıqlanıb.

Sonrakı illərdə Xankişiyevin dövlət strukturlarında fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yayılıb. Müxtəlif media materiallarında onun Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasında çalışdığı da qeyd olunub.

image?url=%2Fcdn%2Fposts%2F2026%2F10%2F05%2F1791189862101 fa3de7645534 ramillljpg 1791189179

Paylaş: