Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan “AJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, təyyarədə uçuşa hazırlaşan təyyarədə təhlükəsizlik prosedurları işə salınıb.
Təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Beləliklə, ümumilikdə 143 nəfər təyyarədən çıxarılıb.
Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.