1791210499079481 vAdrPPyb

 

İran Qafqazda sülhün möhkəmləndirilməsi məqsədilə, o cümlədən “3+3” platforması çərçivəsində dialoqu və çoxtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nazir Abbas Əraqçi və erməni həmkarı Ararat  Mirzoyan arasındakı danışıqlara dair məlumatında qeyd olunub.

İran Xarici İşlər Nazirliyi “sülh prosesinin sabitləşməsinə, eləcə də əlaqələrin və regional əməkdaşlığın gücləndirilməsinə töhfə vermək” məqsədilə dialoqu və çoxtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələlərinə diqqət yetirir. Bu format üç regional dövlətin (Ermənistan, Azərbaycan və Gürcüstan) və üç əsas qonşu ölkənin (Rusiya, İran və Türkiyə) iştirakını nəzərdə tutur. Hazırda Gürcüstan platformanın fəaliyyətində iştirakdan çəkinir.

Paylaş: