sabah

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya Praqa” (Çexiya) qarşılaşmasında qonaq komandanın azarkeşləri üçün ayrılan yer sayı müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Slaviya Praqa” klubu məlumat yayıb.

Qeyd olunub ki, klubun azarkeşləri üçün tribunada ümumilikdə 3 675 yer ayrılıb.

Bununla yanaşı, qarşılaşmanı izləməyə gələcək azarkeşlərin riayət etməli olduğu təhlükəsizlik qaydaları da açıqlanıb. Belə ki, arenaya yalnız A4 ölçüsündən böyük olmayan çantalarla girişə icazə veriləcək.

Stadiona spirtli içkilərin, pirotexnikanın, iriölçülü əşyaların və digər qadağan olunmuş vasitələrin gətirilməsi qəti qadağandır. Siqaret çəkmək istəyən azarkeşlər üçün isə yalnız tribunalarda xüsusi ayrılmış zonalarda şərait yaradılacaq.

Qeyd edək ki, “Sabah” – “Slaviya Praqa” matçı oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

Paylaş: