İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqin qərbində yerləşən Beyt-Cin yaşayış məntəqəsi ərazisinə daxil olaraq əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu bardə “Əl-İxbariya” dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Suriya sərhədini keçərək Beyt-Cin bölgəsində reyd keçirib. Əməliyyat zamanı kənd təsərrüfatı ərazisində yerləşən tərk edilən bina partladılıb.
Məlumata əsasən, hadisə zamanı binada insanların olub-olmaması və mümkün itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, Suriya Prezidenti Əhməd əş-Şaara daha əvvəl İsrailin ölkə ərazisində həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib. O, sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İsrailin Suriyaya zərbələr endirdiyini və bunun ölkənin sabitliyinə təhlükə yaratdığını bildirib.
Əliyar Xəlil