cc32b75d3dcb201

Tovuz rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

Məlumata görə, 1997-ci il təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.

Onu bıçaqlamaqda atası Aydın Məmmədov şübhəli bilinir.

Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları cəlb olunublar.

Fakt üzrə Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş: