Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Globalinfo.az Report-a istinadla xəbər verir ki, hadisə Hamoşam kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə (“Niva”) idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.