golden boy scaled

Avropada 21 yaşadək futbolçular arasında ilin ən yaxşısına təqdim olunan “European Golden Boy 2026” mükafatının final mərhələsində mübarizə aparacaq 25 futbolçunun adları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, finalçıların müəyyənləşdirilməsində “Transfermarkt”la birlikdə hazırlanan “Golden Boy Index” reytinqindən istifadə olunub. Siyahıya reytinqin ilk 20 pilləsində yer alan futbolçularla yanaşı, digər mövqelərdən seçilən 5 “vayld-kard” namizədi də daxil edilib.

“Golden Boy Index” reytinqində ilk 20-lik belədir:

Pau Kubarsi – “Barselona”

Eyyub Buaddi – “Mançester Siti”

Varren Zair-Emeri – PSJ

Yan Diomande – “Real Madrid”

Luka Vuşkoviç – “Brayton”

Viktor Froholdt – “Portu”

Maylz Lyuis-Skelli – “Arsenal”

Rayan – “Bornmut”

Yorrel Hato – “Çelsi”

Lennart Karl – “Bavariya”

Estevao – “Çelsi”

Endrik – “Real Madrid”

Junior Krupi – “Bornmut”

Janluka Prestianni – “Benfika”

Konstantinos Karetsas – “Borussiya Dortmund”

Said El-Mala – “Köln”

Jon Martin – “Real Sosedad”

Mark Bernal – “Barselona”

Kerim Alaybeqoviç – “Yuventus”

Finn Yelç – “Ştutqart”

“Uayld-kard” vasitəsilə finalçılar sırasına daxil edilən futbolçular isə bunlardır:

Xaralambos Kostulas – “Brayton”

Joan Qadu – “Borussiya Dortmund”

Franko Mastantuono – “Fiorentina”

Rodriqu Mora – “Roma”

Xavi Espart – “Barselona”

Qeyd edək ki, 2024-cü ildə “Golden Boy” mükafatına “Barselona”nın hücumçusu Lamin Yamal layiq görülüb. 2025-ci ildə isə mükafatın sahibi PSJ-nin yarımmüdafiəçisi Dezire Due olub.

45lPOxrReWDUf2HTtedzOZxppJAs1YDA0zVV8peP 640 1

Paylaş: