İran Prezidenti Məsud Pezeşkian Mehrdad Əxlaqinin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hazırda Müdafiə Nazirliyində yüksək vəzifə tutan Mehrdad Əxlaqi daha əvvəl Aerokosmik Sənaye Təşkilatına rəhbərlik edib.
Bildirilib ki, İran parlamentində etimad səsverməsi keçirilməzdən öncə Əxlaqinin müdafiə naziri postu üçün təqdim etdiyi fəaliyyət planının müvafiq parlament komitəsində müzakirə olunması gözlənilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölkənin müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə həlak olub. Həmin vaxtdan etibarən müdafiə naziri vəzifəsi boş qalıb.