UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun qarşılaşmaları çərçivəsində İtaliya və Türkiyə milliləri üz-üzə gəlib.
Globalinfo.az xəbər verir ki, Bolonyada keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya yığmasının heyətində Canluka Skamakkа 26-cı dəqiqədə hesabı açıb. Rikkardo Kalafyori 65-ci dəqiqədə fərqi iki topa çatdırıb. Qarşılaşmanın 87-ci dəqiqəsində Françesko Espozito İtaliyanın üçüncü qolunu vurub.
Türkiyənin yeganə qolunu isə 61-ci dəqiqədə Aral Şimşir vuraraq hesab arasındakı fərqi azaldıb.
Bu nəticədən sonra İtaliya 4 oyunda 7 xal toplayıb. Türkiyə millisi isə qrupda keçirdiyi dörd qarşılaşmanın heç birində xal qazana bilməyib.