elektrikk

Oktyabrın 6-da Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə Transformator Məntəqəsində təmir işləri həyata keçiriləcək.

Təmir müddətində, saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, eləcə də Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Paylaş: