AA 20251224 40066485 40066481 BAKAN GULERDEN LIBYA ASKERI HEYETININ NAASINI ALMAK ICIN GELEN YETKILILERE TAZIYE ZIYARETI
Türkiyədə qəzaya uğrayan təyyarədə həlak olan Liviya hərbi heyətinin yaxınları Türkiyəyə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler və ordu generalı Səlcuq Bayraktaroğlu nəşləri təhvil almağa gələn nümayəndə heyəti ilə görüşüb, onlara başsağlığı verib. Həlak olan heyətin xatirəsinə Qurani-Kərim oxunub, dualar edilib.

Xatırladaq ki, ötən gün Tripoli istiqamətində uçan təyyarə Ankarada havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Liviya Baş Qərargah rəisi də olmaqla, 4 nəfər həlak olub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: